AZ

Putin 34 ölkənin BRİKS-ə qoşulmaq istəyini açıqlayıb

Artıq 34 dövlət bu və ya digər formada BRİKS icmasının işinə qoşulmaq arzusunu ifadə edib.

Bu barədə Rusiya prezidenti Vladimir PutinSankt-Peterburqdakı Konstantinovski sarayında BRİKS dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələri ilə görüşündə bildirib.

O qeyd edib ki, BRİKS çərçivəsində bu formatda keçirilən görüş artıq ardıcıl 14-cüdür. Bu dəfə isə yanvarın 1-də assosiasiyaya tamhüquqlu üzv kimi daxil olan yeni dövlətlərin nümayəndə heyətləri iştirak edir. Amma daha çox ölkə onunla əməkdaşlıq etmək istəyir.

“Biz bir çox ölkələrin BRİKS-ə artan marağına göz yuma bilməzdik. Bu gün 30-dan çox ölkə, daha dəqiq desək, 34 dövlət bizim assosiasiyamızın fəaliyyətinə bu və ya digər formada qoşulmaq arzusunu ifadə edib”, - Rusiya lideri bildirib.

Mövsüm

Seçilən
137
aznews.az

1Mənbələr