AZ

NATO-nun təşkilatçılığı ilə Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib

Azərbaycan Müdafiə Nazirliyi və NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İştirakçılara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib.

Kursda, həmçinin NATO-da strateji kommunikasiyanın təşkili və hərbi-ictimai əlaqələrin qurulması mövzusunda brifinqlər təqdim edilib, eləcə də qarşılıqlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Kurs müddətində iştirakçılar Nazirliyin nəşriyyat, multimedia və redaksiya  fəaliyyəti ilə tanış olub, müvafiq tapşırıqları yerinə yetiriblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

9c7a4548459da333ce22f6b6cce13bf3

0924bceeead4149dd5d13927f0698b4d

a2cc9838fe8de186bd8f92bec9a4a7bf

5b0da3ce95f8e80ed8234006acd5a580

Seçilən
125
16
poliqon.az

10Mənbələr