AZ

“Ermənistan bundan imtina etsə...” - Babayan Zəngəzur dəhlizinin açılmasına tərəfdardır

“Ermənistanın Meğri yolunun(Zəngəzur dəhlizi-red.) açılması məsələsinin müzakirəsindən imtina etməsi regional logistika inteqrasiyası perspektivini pozacaq və bir tərəfdən Rusiyanın regionda mövcudluğunu, digər tərəfdən isə İranın Naxçıvana, müvafiq olaraq Azərbaycana təsirini gücləndirəcək”.

“AzPolitika” xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma qurumun “rəhbərliyində” təmsil olunan və hazırda Ermənistanda siyasətlə məşğul olan Samvel Babayan erməni mətbuatında dərc edilən məqaləsində yazıb.

Babayan qeyd edib ki, Ermənistan regional infrastrukturun açılmasına dair razılaşmaya sadiq qalarsa, heç bir yeni tikinti aparmadan, öz ərazisindən keçən infrastrukturun sovet dövründə fəaliyyət göstərdiyi formada təhlükəsiz şəkildə yenidən işə salınması üçün bütün ilkin şərtlər var.

Onun fikrincə, Zəngəzur dəhlizi açılacağı təqdirdə İran, Gürcüstan və Rusiyanın Ermənistana tələbatı artacaq: “Belə olan halda Rusiya, Gürcüstan və İran öz iqtisadi mühitlərini əlçatan etməklə, eləcə də Ermənistana İran və onun sərhədyanı ölkələrinə, həmçinin Fars körfəzi üzərindən yeni bazarlara güzəştli çıxış imkanı verməklə İrəvana yanaşmalarına yenidən baxmalı olacaqlar…

İqtisadi təzyiqlər qarşısında Gürcüstan ərazisindən dəniz və quru tranziti üçün ödənişləri azaltmaq məqsədilə Ermənistan Gürcüstanla danışıqlar prosesinə başlamalıdır, çünki Meqri (Zəngəzur) infrastrukturu açılsa, Gürcüstan tranzit gəlirlərinin əhəmiyyətli hissəsini itirəcək”.

“AzPolitika.info”

Seçilən
56
1
azpolitika.info

2Mənbələr