Beynəlxalq İnvestorlar Assosiasiyasının (YASED) Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Ödəniş Balansının Statistikasını açıqladıqdan sonra Rəqəmlərlə Beynəlxalq Birbaşa İnvestisiyalar Bülleteni dərc edib.
News24.az xəbər verir ki, bu gün dərc edilən yenilənmiş rəsmi məlumata görə, 2024-cü ilin iyul ayında Türkiyəyə 1 milyard 180 milyon dollar dəyərində birbaşa xarici investisiya daxil olub.
İlin yeddi ayında Türkiyəyə gələn birbaşa investisiyaların miqdarı 5 milyard 897 milyon dollar olaraq qeyd edilib. Yeddi ayda reallaşdırılan birbaşa investisiyaların həcmi əvvəlki ilin eyni dövründəki 5 milyard 873 milyon dollar səviyyəsinə çox yaxın bir performans göstərib.
Günel Məlikzadə