AZ

Elmir Səftərov: BuABŞ-nin  öz maraqlarına uyğun şəkildə yürütdüyü siyasətin bir hissəsidir- ÖZƏL

"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artırması Qərbin Ermənistana nüfuz etməsini və orada möhkəmlənməyə çalışmasını artıq gizlətmədiyini deməyə ciddi əsaslar yaradır. Bu da regiondakı siyasi ab-havaya mənfi təsir edir, Azərbaycan-Ermənistan sülh müzakirələrinə zərbə vurur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Bu cür yardımları isə Brüsseldə keçirilən 5 aprel görüşü siyasətinin davamı kimi xarakterizə olunur. Paralel olaraq da Qərb dairələri Ermənistanı öz məqsədləri üçün dəstəkləyərək qərəzli yanaşma sərgiləyirlər.  
Son illərdə Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirilməsi, həmçinin İrəvana silah və hərbi heyət göndərilməsi heç də sülhə xidmət edən məsələlər deyil. Özünün Qərbdəki tərəfdaşlarının dəstəyi ilə Zəngəzurda hərbi-strateji obyektlərin sayının artırılması da ABŞ-nin  öz maraqlarına uyğun şəkildə yürütdüyü siyasətin bir hissəsidir. 

Yuxarıda qeyd olunan ABŞ-ın addımlarının regionumuzda, ümumilikdə isə Qafqaz regionunda geosiyasi planlarının həyata keçirilməsi üçün Ermənistanı vasitə seçməsi və bütün sahələrdə bu ölkəyə nüfuz etməsi artıq reallığa çevrilir".

E.Səftərov qeyd edir ki, bu, regiondakı sabitlik baxımından heç də uğurlu gələcək vəd etmir:

"Qərb ölkələrinin, xüsusilə Fransanın Ermənistana göstərilən hərbi və siyasi dəstəyi bilavasitə Vaşınqton tərəfindən koordinasiya edilir və bu dəstək hər il daha da artırılır. Bu cür birtərəfli yardımlar regionda qüvvələr balansının bərabərləşdirilməsinə hesablanıb.
Buna görədir ki, Ermənistanın ona verilən şirin vədlərin  və edilən yardımların məntiqi nəticəsi kimi sülh müzakirələrində rahat davranır, bəzi maddələri danışıqlardan çıxarır. 

Baş verən proseslər fonunda Zəngəzur istiqamətində, istərsə də digər mövqelərdə Ermənistanın ciddi hazırlıqlar gördüyü, müdafiə və hücum imkanlarını artırdığı müşahidə olunur. Həmçinin Avropa İttifaqının missiyası, ABŞ-ın hazırlıqlı bölmələri tərəfindən Ermənistan ordusu müharibəyə hazırlaşdırılır. Ermənistan tərəfinin bu cür hazırlığı isə Qərbin planları üzrə davam edir və atacağı addımlar da ona uyğun olacaq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
olaylar.az

1Mənbələr