AZ

Fernando Alonso: Yüksək sürətlə Bakının dar küçələrindən keçmək həyəcanvericidir

Bakı, 12 sentyabr, AZƏRTAC

"Bakıda hər şey tamamilə fərqli olacaq".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Aston Martin" komandasının pilotu Fernando Alonso Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli sürücü həftəsonunun onlar üçün asan olmayacağını bildirib: "Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən yolları işimizi çətinləşdirəcək. Amma heç nə mümkünsüz deyil. Biz hər zaman olduğu kimi mübarizə aparacağıq".

Bakı trasının F1 təqvimindəki ən sürətli şəhər treki olduğunu xatırladan dünya çempionu azarkeşlərə həyəcanverici anlar yaşadacaqlarına inandığını bildirib: "Bu trek mənə yad deyil. Dəfələrlə Bakı yarışında yaxşı nəticələr əldə etmişəm. Onu da bilirəm ki, yüksək sürətlə dar küçələrdən keçmək olduqca həyəcanvericidir".

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
azertag.az

1Mənbələr