AZ

Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ

"Yollarda tıxaclar müasir şəhərlərin əsl bəlasıdır. Ancaq məhz belə hallarda sürücülər son dərəcə diqqətli olmalı və qəza riskini artıran hərəkətlərdən çəkinməlidirlər".

Avtosfer.az-ın rg.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı mütəxəssis Vadim Strelbitski xəbərdarlıq edib.

Ekspert avtomobil sürücülərinin tıxaclarda etdiyi və qəza ilə nəticələnə biləcək beş əsas səhvi açıqlayıb. Həmin nüansları təqdim edirik:

Aqressiv sürücülük - Kəskin əyləcləmə və sürətlənmə nəzarətsiz sürüşməyə, həmçinin digər avtomobillərlə toqquşmaya səbəb ola bilər.

Yolun kənarından və qarşı zolaqdan ötmə əməliyyatı - Yol hərəkəti qaydalarının bu kobud pozuntuları tez-tez ağır nəticəli qəzalara səbəb olur.

Kəskin zolaq dəyişdirmə - Ola bilsin ki, qonşu zolaqdakı sürücü qəfil manevri vaxtında qiymətləndirə bilməsin, bu isə toqquşma ilə nəticələnər.

Əyləclərin düzgün istifadə edilməməsi - Əyləc pedalına daimi basmaq qəliblərin həddindən artıq qızmasına və effektivliyinin azalmasına səbəb olur. Həmçinin kəskin əyləcləmə də təhlükəlidir - arxadakı sürücü vaxtında reaksiya verməyə bilər.

Hərəkət istiqamətinin tez-tez dəyişdirilməsi - Daimi bir tərəfdən digərinə keçmə qəza vəziyyətlərinə səbəb olur, həmçinin digər hərəkət iştirakçılarına mane olur.

"Tıxacda ən əsası sakitliyi qorumaq və səbirsiz sürücülərin təxribatlarına uymamaqdır", - deyə Vadim Strelbitski sözlərini yekunlaşdırıb.

(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
7
avtosfer.az

7Mənbələr