Minimum istehlak səbəti mühüm sosial-iqtisadi göstərici olmaqla, hər bir vətəndaşın minimal yaşayış normalarını təmin edir.
Bu göstərici insan sağlamlığının və həyat fəaliyyətinin minimum təminatı üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Hazırda minimum istehlak səbəti əsasən postsovet və bir sıra inkişaf etmiş ölkələrdə hesablanır.
Azərbaycanda bununla bağlı açıqlanan göstəricilər həmişə müzakirələr yol açıq və demək olar ki, əksəriyyət tərəfindən real hesab edilmir.
Qeyd edək ki, ölkəmizdə minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib və 10 il ərzində dəyişməyib.
Buna qədərsə 2005-ci ildə təsdiqlənmiş istehlak səbəti düz 9 il qüvvədə olub.
Qanunvericiliyə görə isə minimum istehlak səbətinin tərkibinə 3 ildə bir dəfə baxılmalıdır. İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, dövlət elmi müəssisə və təşkilatları, qeyri-hökumət təşkilatları ilə birlikdə minimum istehlak səbətinin tərkibini üç ildə bir dəfə yenidən müəyyənləşdirərək təkliflərini hökümətə təqdim etməlidir.
2024-cü il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilib.
Azərbaycanda 3 istehlak səbətində minimum istehlak üçün nəzərdə tutulan ərzaq, qeyri-ərzaq və xidmətlərin sayı 150 çeşid ətrafındadır.
İnkişaf etmiş ölkələrdə həmin göstərici 300–800 arasında dəyişir.
10 ildən çox qüvvədə olan istehlak səbətinin tərkibi hazırda belədir.
Ərzaq məhsulları
Sıra №-si |
|
Əmək qabiliyyətli əhali |
Pensiyaçılar |
Uşaqlar 0-15 yaş |
1. |
Çörək və çörək məhsulları (una çevirməklə) |
136.8 |
107.9 |
100.5 |
2. |
Kartof |
54.8 |
40.2 |
42.0 |
3. |
Tərəvəz və bostan məhsulları |
97.2 |
85.2 |
100.7 |
4. |
Meyvə və giləmeyvə |
38.0 |
32.0 |
76.0 |
5. |
Ət və ət məhsulları |
32.9 |
25.6 |
29.6 |
6. |
Süd və süd məhsulları (südə çevirməklə) |
223.6 |
233.8 |
258.6 |
7. |
Balıq və balıq məhsulları |
7.7 |
6.8 |
8.0 |
8. |
Yumurta (ədəd) |
150 |
100 |
183 |
9. |
Şəkər və qənnadı məmulatları |
16.9 |
15.8 |
19.7 |
10. |
Bitki yağı, marqarin və digər piylər |
10.9 |
8.4 |
7.0 |
11. |
Kərə yağı |
7.0 |
5.8 |
6.0 |
12. |
Digər məhsullar |
4.7 |
3.3 |
4.0 |
Qeyri-ərzaq malları
Sıra №-si |
|
Ölçü vahidi/ aşınma müddəti |
Əmək qabiliyyətli əhali |
Pensiyaçılar |
Uşaqlar 0-15 yaş |
1. |
Palto tipli üst geyimləri qrupu |
ədəd/il |
3/8 |
3/9 |
3/2.6 |
2. |
Kostyum tipli üst geyimləri |
ədəd/il |
9/4.2 |
8/4.8 |
12/2 |
3. |
Alt geyimləri |
ədəd/il |
9/2.5 |
9/2.7 |
12/2 |
4. |
Corab məmulatları |
cüt/il |
7/1.5 |
4.5/2 |
6/1.3 |
5. |
Baş geyimləri və xırdavat məmulatları |
ədəd/il |
4/5 |
3/6.4 |
4/3 |
6. |
Ayaqqabı |
cüt/il |
6/3.5 |
5/3.5 |
6/1.3 |
7. |
Məktəb-yazı ləvazimatları |
ədəd/il |
3/1 |
3/1 |
41/1 |
8. |
Yataq ləvazimatları |
ədəd/il |
11/7.1 |
11/7.1 |
11/7.1 |
9. |
Mədəni məişət və təsərrüfat malları |
ədəd/il |
14/10.2 |
14/10.2 |
14/10.2 |
10. |
İlkin tələbat və sanitariya əşyaları, dərmanlar |
bir ayda qeyri-ərzaq mallarına sərf olunan xərclərə görə faizlə |
10 |
10 |
10 |
Xidmətlər
Sıra №-si |
Xidmətlərin adı |
Ölçü vahidi |
İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə) |
||
əmək qabiliyyətli əhali |
pensiyaçılar |
uşaqlar 0-15 yaş |
|||
1. |
Mənzil |
ümumi sahə kv.m |
12 |
12 |
12 |
2. |
Mənzillərin qızdırılması |
ümumi sahə kv.m |
12 |
12 |
12 |
3. |
İsti və soyuq su təchizatı |
ayda m3 |
5 |
5 |
5 |
4. |
Kanalizasiya |
ayda m3 |
5 |
5 |
5 |
5. |
Qaz təchizatı |
ayda m3 |
21 |
21 |
21 |
6. |
Enerji təchizatı |
ayda kVt/s |
50 |
50 |
50 |
7. |
Nəqliyyat xidmətləri |
bir ildə gediş |
692 |
365 |
406 |
8. |
Rabitə |
aylıq tarif |
- |
- |
- |
9. |
İnternet xidmətləri |
aylıq tarif |
- |
- |
- |
10. |
Digər xidmətlər |
bir ayda xidmətlərə sərf olunan ümumi xərcə görə faizlə |
15 |
15 |
15 |
Təəssüf ki, Azərbaycanda istehlak səbətinin məhsul tərkibi açıqlansa da ərzaq, qeyri-ərzaq və xidmətlər üçün minimumlar ayrıca göstərilmir və bu da əlavə suallara yol açır.
Xarici ölkələrdə isə bu göstəricilər açıqlandığından onların həyat tərzi haqqında təsəvvürlər formalaşır.
Rusiyada araq zəruri qida məhsulu hesab olunur
Rusiyada istehlak səbətinin tərkibi ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə ayrıca göstərilir.
Bu ölkədə yaşayış minimum üzrə xərclərin 38 faizi qidaya sərf olunur.
Bunun 11,6 faizi ət və balıq məhsullarının, 6,5 faizi, tərəvəz, çörək məhsulları və dənli bitkilərin, 4,3 faizi süd məhsullarının payına düşür.
Rusiyada alkoqollu içkilər də istehlak səbətinə daxil edilir və xərclərdə payı 4,7 faizdir.
Ərzaq səbətinin 11 faizini digər ərzaq məhsulları təşkil edir.
Rusiyada istehlak səbəti üzrə xərclərin 36 faizi qeyri-ərzaq malları kateqoriyasına aiddir.
Bunun 10 faizi geyim və ayaqqabı, 9,3 faizi avtomobillərə texniki qulluq və benzin, 3 faizi elektrik malları, 13, 3 faizini isə digər qeyri-ərzaq məhsullarıdır.
Xidmət sektoruna gəldikdə bu kateqoriya minimal istehlak səbəti üzrə xərclkərin 26 faizini əhatə edir.
Bunun 95 faizi kommunal xidmətlərin, 5,3 faizi nəqliyyatın, 4,5 faizi tibbi yardım, 7 faizi isə digıər xidmətlərin payına düşür.
Almaniyada təzyiqölçəni də istehlak səbətinə daxil edirlər
Avropanın ən inkişaf etmiş ölkələrindən olan Almaniyada istehlak səbətinin tərkibini ölkə sakinləri özləri müəyyən edir.
Səbət 5 beş ildən bir tənzimlənir.
Almaniya Federal Statistika İdarəsi 60 min ailə arasında sorğu keçirir və onların xərclərinin ölçüsünə və strukturuna əsasən istehlak səbəti formalaşdırır.
Alman istehlak səbətinə 750-dən çox məhsul daxildir.
Burada adi qida məhsullarından tutmuş qan təzyiqini ölçən çihazadək müxtəlif məhsullara rast gələ bilərsiniz.
Alman istehlak səbətinə körpələr evi, qocalar və əlillərə evlərdə qulluq, evdə ambulator qulluq və hətta ərzaq məhsullarının evə çatdırılması da daxildir.
Bu ölkədə istehlak səbətində mənzil, su, elektrik enerjisi, qaz və digər yanacaq növləri xərclərin 32 faizini təşkil edir
Almanlar istehlak səbətində nəqliyyata 13 faiz, istirahət və əyləncəyə 11 faiz, ərzaq və alkoqolsuz içkilərə 10 faiz minimal hədd müəyyənləşdiriblər.
Almaniyada səbətə həmçinin müxtəlif mallar və xidmətlər (7 faiz), mebel, işıqlandırma, məişət texnikası və digər məişət avadanlıqları (5 faiz), restoran və yerləşdirmə xidmətləri (5 faiz), səhiyyə (5 faiz) və geyim və ayaqqabı (5 faiz) daxildir.
Səbətin qalan 7 faizi isə spirtli içkilər, tütün məmulatları və digər xərclərdən ibarətdir.
ABŞ-da istehlak səbətini vətəndaşlar müəyyənləşdirir
ABŞ-da isə istehlak səbətini Əmək Departamentinin xüsusi bölməsi olan Əmək Statistikaları Bürosu hesablayır.
Müxtəlif ştatlarda yaşayan, fərqli sosial və əmlak statusuna malik 12 min ABŞ sakini müəyyən müddət ərzində alış-verişlərinin xüsusi gündəliklərini saxlayır və bunun üçün onlara əlavə ödəniş edilir.
Bütün bu məlumatlar təhlil edilir, mallar tələbata uyğun çeşidlənir, istehlak səbəti formalaşır.
Bu yanaşma adi istehlakçının mənafeyini təmin edir və müavinət ödəyərkən ehtiyacı olan vətəndaşların ölkədə orta yaşayış səviyyəsini təmin etməyə kömək edir.
Amerikada istehlak səbəti 350-dən çox məhsul və xidmətdən ibarətdir.
Əhalisinin sayına görə dünyada birinci olan Çində istehlak səbətinin 50 faizini ərzaq məhsulları, 25 faizini qeyri-ərzaq malları və qalan 25 faizini xidmətlər təşkil edir.
Az yesək də ərzağa az xərcləmirik
Qeyd edtiyimiz kimi, Azərbaycanda yaşayış minimumunun ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə minimal göstəriciləri müəyyən edə bilmirik.
Məsələn, müəyyən edə bilmirik ki, 270 manat yaşayış minimum çərçivəsində minimal ərzaqla təmin olunmaq üçün nə qədər vəsait lazımdır.
Müqayisəni pərakəndə satış və ev təsərrüfatların statistic göstəriciləri əsasında aparmaq olar.
Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar-avqust ayları üzrə hesabatına əsasən, Azərbaycan vətəndaşları pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8 faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Komitənin 2023-cü ildə ev təsərrüfatları ilə bağlı göstəricilərinə əsasən, ötən il ölkədə adambaşına aylıq istehlak xərci 348,1 manat olub.
Bunun 154,8 manatı və ya 44,5 faizi qida və ərzaq məhsullarının alınmasına sərf olunub.
Təbii ki, bunlar orta statistik göstəricilərdir və minimal səviyyəni özündə ehtiva etmir.
Ruslara çata bilmirik
Mübahisələrə yol açan məqam əsasən ərzaq səbətinin strukturu ilə bağlıdır.
Hesab olunur ki, bu tərkib hətta minimal qidalanma üçün yetərli deyil.
Məsələn, Azərbaycanla Rusiyanın istehlak səbətləri demək olar ki, eyni təsnifat əsasında formalaşır.
Azərbaycanda ət məhsulları üzrə bir nəfər işləyənin tələbatı 32,9 kiloqram olduğu halda, Rusiyada 58,6 kiloqram təşkil edir.
Süd məhsulları üzrə aylıq tələbat Rusiyada 290 kiloqram olduğu halda, bizdə bu hədd 224 kiloqram təşkil edir.
Rusiyada 1 nəfər ildə minimum 60 kiloqram meyvə, 114 kiloqram tərəvəz yeməlidir. Azərbaycanda isə bu göstərici müvafiq olaraq 38 və 97 kiloqram təşkil edir.
Bizdə hesab edirlər ki, minimal qidalanmaq üçün bir nəfər ildə 150 yumurta və 7,7 kq balıq məhsulları istehlak bəs edir.
Müqayisə üçün bildirək ki, bu göstərici Rusiyada yumurta üzrə 210 ədəd, balıq məhsulları üzrə 18,5 kiloqram təşkil edir.
Çörək istehlakında rusları qabaqlayırıq. Azərbaycanda işləyən bir nəfərin minimum illik çörək tələbatı 136 kiloqram olduğu halda, Rusiyada bu göstərici 126,5 kiloqramdır.
Çörək doyuzdurur, amma yetərli deyil
Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər ərzaq istehlakını mütləq çəki- kiloqramla göstərirdi.
İndi isə istehlak kilokalori ilə ölçülür.
Kalori qəbulu yaş, cins, həyat tərzi, xəstəlik, dərman qəbuluna görə dəyişir.
Gündəlik kalori qəbulu orta hesabla 2300-dür.
Bizdə tələb olunan kalori çörək və karbohidratlarla zəngin tərəvəzlər hesabına formalaşdlırılır.
Hətta bu göstəriciyə görə əksər ölkələri 2-3 dəfə qabaqlayırıq.
Mütəxəssislərin fikrincə, karbohidratlarla zəngin qidalar orqanizmi tox saxlayır.
Orqanizmin düzgün inkişaf etməsi üçün vitamin və minerallarla zəngin, təbii və keyfiyyətli qida ilə qidalanmalıyıq.
İstehlak səbətinin strukturu dəyişilməlidir
Ekspertlər hesab edir ki, istehlak səbətinin tərkibini təcili dəyişmək lazımdır.
Çünki 10 il əvvəllə müqayisədə həyat tərzi xeyli dəyişib.
Məsələn, insanların yeməyə baxışları artıq fərqlidir.
Xidmətlər də onun kimi.
10 il əvvəl internetdən gündəlik minimal istifadə müddəti 1 saat hesablanırdısa indi artıq o zamanə deyil.
Etiraf edək ki, gün ərzində saatlarla internetdə kifayət qədər vaxt keçiririk
Son illər icbari tibbi sığortanın təbiqi ilə əlaqdar tibbi xidmətlərdən istifadə xeyli artıb.
Əvvəli dövrlə müqayisədə insanların istirahətə, mədniyyat tədbirlərinə və idman yarışlarına marağı artıb.
Ekspertlər hesab edir ki, xarici ölkələrin təcrübələrini nəzərə almaqla istehlak səbətinin strukturunda mütərəqqi dəyişikliklər etmək lazımdır.
Sağlam həyat fəaliyyətinin minimum səviyyəsini təmin etmək üçün tələb olunan mal və xidmətlərin tərkibi dövrün tələblərinə uyğun təkmilləşdirilməlidir.