Rusiya ordusunda xidmət edən 45-ə yaxın Hindistan vətəndaşı vaxtından əvvəl buraxılıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Onun sözlərinə görə, daha 50 hindistanlının buraxılması üçün səylər davam edir.
Qeyd edək ki, bir müddət əvvəl Hindistan Baş naziri Narendra Modi Rusiyaya səfəri zamanı Ukraynadakı müharibədə iştirak edən ölkə vətəndaşlarının məsələsini gündəmə gətirib. Rusiya ordusunda xidmət edən bütün Hindistan vətəndaşlarını vaxtından əvvəl buraxması öz öhdəsinə götürüb.