AZ

İcra başçısı şəhidin doğum günündə - Fotolar

Torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Şəhid Salahlı Elgiz Nurəddin oğlunun doğum günü məzarı başında qeyd olunub. 

Mövlud tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Vidadi Qurbanov, RİH başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rövşən Namazəliyev, şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, qazi və veteranlar iştirak etmiş, şəhidin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan şəhidimizə Allahdan rəhmət diləmiş və təsəllimizin şəhidlərimizin qisasının alınması, parlaq qələbə ilə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulamışdır.  kapital bank vakansiya

Şəhid Elgiz Salahlı 11 sentyabr 1992-ci ildə Beyləqan şəhərində  anadan olmuşdur. 

27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq şəhid Elgiz Salahlı könüllü olaraq hərbi xidmətə çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Elgiz Salahlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgiz Salahlı 6 oktyabr 2020-ci ildə Füzuli-Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Həmin ilin 18 oktyabr tarixində Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən Cərcis Peyğəmbər ziyarətgahında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Salahlı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları və  "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Allah rəhmət eləsin! 


Telegram kanalımız
Seçilən
77
16
yenisabah.az

10Mənbələr