AZ

İlin ilk yarısında Azərbaycandan xaricə $1.6 mlrd. kapital axını olub

2024-cü ilin I yarısında Azərbaycanda ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.8 mlrd. dollar kəsir, qeyri neft-qaz sektoru üzrə isə 546.7 mln. dollar profisit olub.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Nəticədə ilkin gəlirlər balansında kəsir 32.3% daralaraq 1.2 mlrd. dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.7 mlrd. dollar olub. Bunun 66.7%-i 2.5 mlrd. dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib.

Bildirək ki, ilkin gəlirlər balansı əldə edilmiş və ödənilmiş faktor gəlirləri, o cümlədən əmək haqları, birbaşa investisiyalardan gəlir, dividend, faiz, renta və s. maddələr üzrə daxilolma və xaricolma əməliyyatlarının saldosu əsasında formalaşır.

Bu məbləğin isə əsas hissəsini (1.8 mlrd. dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1.7 mlrd. dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (147.6 mln. dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (268.8 mln. dollar) və digər ödənişlər (228.9 mln. dollar) təşkil edib.

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 937.0 mln. dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 640.2 mln. dollar, ödənişlər isə 296.8 mln. dollar təşkil edib.

Təkrar gəlirlər balansı cari transfertlər, o cümlədən pul baratları, humanitar yardımlar, qrantlar və s. maddələr üzrə daxilolma və xaricolma əməliyyatlarının saldosu əsasında formalaşır.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 88.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 9.5%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.8%-ni isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 36.3% azalaraq 567.8 mln. dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 1.9% artaraq 259.6 mln. dollar olub. Nəticədə pul baratları üzrə 308.2 mln. dollar müsbət saldo yaranmışdır.

324234

Seçilən
93
banker.az

1Mənbələr