AZ

"Ceremi Doku Sakadan daha güclüdür"

"Arsenal"ın sabiq futbolçusu Robert Pires komandasının yarımmüdafiəçisi Bukayo Sakanın səviyyəsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, “Wettbasis" 50 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb:

“Bukayo Saka ardıcıllıq və təcrübə baxımından, xüsusən də böyük oyunlarda müəyyən səviyyədə çatışmır. Ola bilsin ki, vacib olanda, xüsusən Çempionlar Liqasında daha inandırıcı ola bilər. Ceremi Doku Sakadan yaxşıdır. O, texniki cəhətdən daha güclüdür, driblingdə daha yaxşıdır və daha yaradıcıdır”

Üç turdan sonra "Arsenal" 7 xalla Premyer Liqanın turnir cədvəlində dördüncü yerdədir. “Topçular” növbəti matçını bazar günü, sentyabrın 15-də “Tottenhem”ə qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
90deqiqe.az

2Mənbələr