“Ukrayna Rusiyanın mülki enerji obyektlərini hədəf alır”.
KONKRET.az xəbər verir ki bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Ukraynanı nüvə terorunda ittiham edərək Kiyevin Leninqrad, Kalinin, Kursk və Zaporojye də daxil olmaqla Rusiyanın AES-lərinə hücumda günahlandırıb.
“Kaxovskaya su elektrik stansiyasının bəndinin partlaması, həqiqətən də, ciddi humanitar və ekoloji nəticələrə gətirib çıxaran genişmiqyaslı fəlakətə səbəb oldu”.
O Ukraynaya enerji təchizatını saxlamağa kömək edənlərin Kiyev hakimiyyətinin hərəkətlərinə niyə əhəmiyyət vermədiyini də soruşub.
Aygün,
KONKRET.az