AZ

Rusiyanın kruiz gəmisi Bakı limanlarından səfərlər təşkil etməyi planlaşdırır

Rusiyanın kruiz sənayesinin lideri və tur operatoru “Vodoxod” MMC-nin sifarişi ilə 2025-2026-cı illərdə istismara veriləcək 00840 nömrəli “Kareliya” layihəli yeni nəsil 3 kruiz gəmisinin gələcəkdə Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraq kruiz səfərlərə cəlb edilməsi planlaşdırılır.

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyində “Vodoxod” MMC-nin nümayəndə heyəti ilə görüşdə deyilib.

Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində gəmilərin Azərbaycana məxsus limanlara giriş-çıxış məsələlərinin sadələşdirilməsi də müzakirə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
76
22
banco.az

10Mənbələr