"Trabzonspor"la görüşdə "Beşiktaş"ın azarkeşlərinə qadağa qoyulub.

Offsideplus.az xəbər verir ki, Super Liqanın 5-ci turu çərçivəsində "Trabzonspor" "Beşiktaş"ı qəbul edəcək. Ev sahibi komandanın tələbi ilə İstanbul təmsilçisinin tərəfdarları stadiona buraxılmayacaq. 

Qeyd edək ki, qarşılaşmada 1500-ü rəsmi, 750-i özəl mühafizə olmaqla toplam 2250 personal stadionu qoruyacaq.