Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar Doval Rusiya prezidenti Vladimir Putinə Narendra Modi ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında qapalı görüş barədə məlumat verəcəyini vəd edib.
“Baş nazirin telefon danışığı zamanı sizə dediyi kimi, o, Ukraynaya səfəri və Zelenski ilə görüşü barədə danışmağa hazırdır. O, şəxsən gəlib sizə danışıqlar barədə məlumat verməyimi istədi”, - Doval Putinlə görüşdə deyib.
Oxu24.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Bu, qapalı format idi. Yalnız iki lider iştirak edirdi. Mən baş nazirin yanında olmuşam və bu söhbətin şahidi olmuşam”, – Modi müşaviri əlavə edib.
Miri