AZ

Putinə Zelenski ilə Modinin qapalı görüşü barədə məlumat veriləcək

Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar Doval Rusiya prezidenti Vladimir Putinə Narendra Modi ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında qapalı görüş barədə məlumat verəcəyini vəd edib.

 

“Baş nazirin telefon danışığı zamanı sizə dediyi kimi, o, Ukraynaya səfəri və Zelenski ilə görüşü barədə danışmağa hazırdır. O, şəxsən gəlib sizə danışıqlar barədə məlumat verməyimi istədi”, - Doval Putinlə görüşdə deyib.

 

Oxu24.com xəbər verir   ki, bu barədə  “İnterfaks” məlumat yayıb.

 

“Bu, qapalı format idi. Yalnız iki lider iştirak edirdi. Mən baş nazirin yanında olmuşam və bu söhbətin şahidi olmuşam”, – Modi müşaviri əlavə edib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
oxu24.com

1Mənbələr