AZ

Əməkdar artistin səhhəti PİSLƏŞDİ

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhəti pişləşib.
 
Bu haqda Axşam.az-a aktyorun qızı Nisə Rzayeva məlumat verib. O bildirib ki, atasında bir neçə ay əvvəl onkoloji xəstəlik aşkarlanıb.
 
"Müalicələr olundu, əlimizdən gələni etdik. Amma sağalmadı. İndi evdədir, həkimlər deyir ki, artıq edəcək heç nə qalmayıb. Nəfəs ala bilmir, vəziyyəti getdikcə ağırlaşır" deyə, N.Rzayeva bildirib.
 
Qeyd edək ki, Rafiq İbrahimov Bakı Bələdiyyə Teatrının repertuarında olan əksər tamaşalarda əsas rollarda çıxış edir.
 
Seçilən
54
7
moderator.az

8Mənbələr