AZ

Avropa Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini 4,25 %-dən 3,65 %-ə endirmək barədə qərar qəbul edib. Bu barədə bank məlumat yayıb.

Qərar "Trading Economics” portalının sorğusuna qatılan analitiklərin proqnozu ilə üst-üstə düşüb.

"Depozit xəttinin dərəcəsi 3,5 %-ə, əsas yenidən maliyyələşdirmə əməliyyatları və marjinal kredit üzrə faiz dərəcələri müvafiq olaraq 3,65 % və 3,90 %-ə endiriləcək. Dəyişikliklər sentyabrın 18-dən qüvvəyə minəcək”, - məlumatda qeyd olunub.

İyul iclasının sonunda dərəcələr müvafiq olaraq 3,75 %, 4,25 % və 4,5 % olub.


www.anews.az
Seçilən
85
3
anews.az

4Mənbələr