Avropa Mərkəzi Bankı (ECB) uçot faiz dərəcəsini 4,25 %-dən 3,65 %-ə endirmək barədə qərar qəbul edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Qərar “Trading Economics” portalının sorğusuna qatılan analitiklərin proqnozu ilə üst-üstə düşüb.
“Depozit xəttinin dərəcəsi 3,5 %-ə, əsas yenidən maliyyələşdirmə əməliyyatları və marjinal kredit üzrə faiz dərəcələri müvafiq olaraq 3,65 % və 3,90 %-ə endiriləcək. Dəyişikliklər sentyabrın 18-dən qüvvəyə minəcək”, - məlumatda qeyd olunub.
İyul iclasının sonunda dərəcələr müvafiq olaraq 3,75 %, 4,25 % və 4,5 % olub.