“Arsenal” “topçular”ın baş məşqçisi Mikel Arteta ilə müqaviləsini yeniləyərək, ispan mütəxəssislə əməkdaşlığının müddətini uzadıb.
Arena.az bu barədə “Arsenal”ın rəsmi saytına istinadən məlumat verir.
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Xatırladaq ki, Arteta “Arsenal”ın sükanı arxasına 2019-cu ilin dekabrında keçib. Bundan əvvəl ispan mütəxəssis həmyerlisi, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb.
Arteta “Arsenal”ı 234 oyuna çıxarıb, 142 qələbə sevinci, 35 heç-heçə və 57 məğlubiyyət acısı yaşayıb. İspan mütəxəssisin “topçular”ı rəqib qapılarına 456 top vurublar, öz qapılarında isə 247 qol görüblər.
Arteta “Arsenal”a sükanı arxasında ilk mövsümdəcə İngiltərə Kubokunu (2019/2020) və 2 dəfə İngiltərə Super Kubokunu (2020/2021, 2023/2024) qazandırıb.