Ermənistanözünün dırnaq arası iddialarını sülh müqaviləsinə saldırmağa çalışır —Politoloq
Xəbər verdiyimiz kimi, Ermənistan Hindistandan əlavə miqdarda 155 mm-lik kalibrli ATAGS artilleriya qurğuları almaq istəyir.
Ermənistanın son zamanlar silah almaqda məqsədi nədir? Ermənistan yeni müharibəyəmi hazırlaşır?
Məsələ ilə bağll Demokrat.az-ın suallarını cavablandıran politoloq Tural İsmayılov bildirib ki, Ermənistan özünün dırnaq arası iddialarını sülh müqaviləsinə saldırmaq üçün bütün oyunlardan çıxır:
“Faktiki olaraq Cənubi Qafqazda vəziyyətin sülh və sabitliyə deyil dağıdıcılığa yönəlməyi üçün Ermənistanı silahlandıran xarici güc faktorları bu təhlükəli ssenariləri və oyunları davam etdirdiklərini görə bilirik. Bütövlükdə isə Azərbaycanla Ermənistan arasında həm gərginliyi tətikləyirlər, həm də proseslərin daha da dalana dirənməyinə çalışırlar. Bu gün Ermənistanı silahlandıran qüvvələrin başında Fransa dayanır. Fransa Ermənistanın silah bazarında Rusiyanın güvənini sarsıdaraq, burada daha çox təmsil olunmağa çalışır. Eyni zamanda Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə edilməyini istəmir. Buna görə də dayanmadan Ermənistanı silahlandırmaqla onu qızışdırır. Burada fərqli situasiyalardan biri Hindistandır. Bundan əvvəl Hindistandan pinaklar Ermənistana çatdırılmışdır. Yayılan son məlumatlar göstərir ki, Ermənistan Hindistandan yeni partiya silahlar almaq qərarına gəlib. Əlbəttə ki, bu tendensiyaların hamısı təhlükəli oyunlardır. Hindistan hansısa bir formada Ermənistanın silah bazarında üstünlüyü ələ almağa çalışır. Hindistan düşünürkü, öz silahlarını xarici bazarlara satsın və Cənubi Qafqazda kiçik bir ölkə olan Ermənistana öz hərbi məhsullarını satmaqla özünün müdafiə sənayesi imkanlarını geniş reklam etmiş olar. Bütün bunlar isə Azərbaycanda haqlı qıcığ yaradır. Azərbaycanla Hindistan aradında bütün dövrlərdə münasibətlər yaxşı olub. Amma Hindistanın Ermənistanı dayanmadan silahlandırması, Ermənistana dayanmadan dəstək olması Azərbaycan və Hindistan arasındakı siyasi münasibətlər sistemi üçün etik və yaxşı bir situasiya deyil. Hər halda Ermənistanın dayanmadan silah alması, Naxçıvanda törətdiyi təxribatlar göstərir ki, COP29 ərəfısində Ermənistan Azərbaycanla sülh müqaviləsindən yayınmaq və özünün dırnaq arası iddialarını və sülh müqaviləsinin bəndlərinə saldırmaq üçün bütün oyunlardan çıxır”.
Mehriban Mirzəzadə
Demokrat.az