Prezident Makronun partiyası Fransada keçirilən parlament seçkilərində uduzduqdan iki ay sonra maliyyə naziri Bruno Le Maire istefa verib.
"Cebhinfo.az" xəbər verir ki, bununla bağlı Le Maire "X" hesabında paylaşım edib:
"Əziz dostlarım, mən gedirəm. Mişel Sardounun dediyi kimi, sizi sevirəm, amma gedirəm".
Xatırladq ki, 2017-ci ildə Emmanuel Makronun qələbəsindən bəri onun tərəfdarı olan Bruno Le Maire maliyyə naziri vəzifəsində ən uzun müddət qalma rekordunu qırıb.
Bruno Le Maire vida nitqində yeddi illik səlahiyyət müddətində onu müşayiət edən nazirlərə təşəkkür edib.
Bildirək ki, Fransada heç bir partiya mütləq çoxluğu əldə etmədiyi üçün Fransanın siyasi kursu qeyri-müəyyən olaraq qalır.