AZ

Neymar Çempionlar Liqasında oynayacaq?

Braziliyalı hücumçu Neymar “Əl-Hilal”ın Asiya Çempionlar Liqası üçün iştirak ərizəsinə salınıb.   Manset.az Publika az-a istinadən xəbər verir ki, 32 yaşlı ulduz futbolçu hələ də fərdi məşqlərlə kifayətlənir. O, ötən ilin oktyabrında sol dizindəki çarpaz bağ və menisk yırtıldığı üçün həmin vaxtdan bəri yaşıl meydanlardan uzaqdır. Neymar iyulda düşərgəyə qoşulmasına baxmayaraq, hələ də oynamağa hazır deyil. Buna baxmayaraq, onun adı beynəlxalq turnirin iştirak ərizəsinə salınıb.

Qeyd edək ki, “Əl-Hilal” Çempionlar Liqasının ilk turunda Qətərin “Ər-Rayyan” klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 17-də keçiriləcək.

Seçilən
58
3
manset.az

4Mənbələr