AZ

Cənubi Koreyadan iki yeni nüvə reaktoruna icazə

Cənubi Koreya 8 ildən sonra iki yeni nüvə reaktorunun tikintisi üçün müraciəti təsdiqləyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyası (NSSC) açıqlama verib.

Yeni quraşdırılacaq Şin-Hanul 3 və 4 reaktorlarının ölkənin Uljin bölgəsində yerləşdiriləcəyi qeyd edilib.

Açıqlamada tikinti sahəsinə baxış keçirildiyi və təhlükəsizliyə baxımından hər hansı geoloji risk aşkar edilmədiyi bildirilib.

Bu iki yeni nüvə reaktoru üçün verilən tikinti icazəsi 2016-cı ildən bəri ölkədə nüvə reaktorları üçün verilən ilk icazədir.
 
Cəmalə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azxeber.com

1Mənbələr