AZ

Latviya Belarus qeydiyyatlı avtomobillərin ölkəyə girişini qadağan etdi

Latviya höküməti Belarusda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin ölkəyə girişini qadağan edən qanunu qəbul edib.

İqtisadiyyat.az bu barədə "İnterfax"a istinadən xəbər verir.

Sənədə əsasən, Belarusda qeydiyyatlı olan nəqliyyat vasitələrinin oktyabrın 31-dək Latviyaya girişi qadağan edilir.

Məlumata görə, Belarusda qeydiyyata alınmış nəqliyyat vasitəsi, ölkədə olması planlaşdırılan müddətdən və nəqliyyat vasitəsi sahibinin vətəndaşlığından asılı olmayaraq, Latviyada sürücülük üçün qeydiyyata alınmalıdır.

 

Gözəl Həşimova

Seçilən
55
iqtisadiyyat.az

1Mənbələr