2024/2025-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Abdullahi Şuaybunun keçidini gerçəkləşdiriblər.
Bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. 22 yaşlı nigeriyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Abdullahi Şuaybu daha öncə Azərbaycanda “Kəpəz”in də uğurları üçün çalışıb. “Qəbələ”nin yeni transferi Moldovanın “Saksan” klubunda da forma geyinib.