ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox – 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. Məlumata görə, vəsaitlər demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcək.
Görəsən, sözügedən təşkilatın erməni sevdasının səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi analitik Yeganə Hacıyeva təşkilatın erməni sevdasının səbəbini açıqlayıb:
“ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) hökumətin büdcəsində maliyyələşən və ən çox erməni lobisi ilə əməkdaşlıq edən təsisatdır. Qurumub anti-Azərbaycan fəaliyyəti zaman-zaman iradkara tuş gəlir və onun həyata keçirdiyi layihələr kənar maraqlara xidmət edir. Təşkilat qonşu ölkənin lobbisinin birbaşa diktəsir ilə Qarabağ erməniləriylə bağlı mövzuları tez-tez gündəmə gətirir. USAID qlobal sahədə fəaliyyət göstərən ABŞ agentliyi kimi öz siyasi məqsədlərinə qeyri-siyasi yollarla çatdırmaq niyyəti güdür”.
Ekspert bildirib ki, təşkilat Azərbaycana qarşı olan revanşist qüvvələri bəsləyir:
“USAID Ermənistanda psixososial layihələr adı altında yeni “ideoloji quruculuq işi” aparır. Təsisatın təşəbbüsü ilə bu günlərdə “Qarabağdan məcburi köçkün düşmüş qadınların psixoloji və hüquqi ehtiyacları” adlı görüş keçirilməsi də qadın haqları mövzusundan istifadə etməklə ölkəmizə qarşı təzyiq alətiləri formalaşdırmaq məqsədi daşıyır. Beynəlxalq İnkişaf Agentliyinin Ermənistanda aktivləşməsi və oradakı vətəndaş cəmiyyəti ilə sıx təmaslara başlaması müşahidə olunur. USAID sözügedən dövlətdə “ideoloji quruculuq işləri” layihəsi ilə Azərbaycana qarşı revanşist qüvvələri bəsləyir”.
Məlik Məlikov,
KONKRET.az