AZ

ATƏT Gürcüstanda parlament seçkilərinin monitorinqinəbaşlayır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nəzdində olan müşahidəçilər missiyası oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyasına başlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu respublikadakı missiyanın rəhbəri Ouen Mörfi deyib.

“Məqsədimiz qiymətləndirmələrimizdə qərəzsiz olmaqdır və biz bu məsuliyyəti ən azı oxşar missiyaları yerinə yetirdiyimiz ölkələri də nəzərə almaqla öz üzərimizə götürürük. Qiymətləndirmə meyarları beynəlxalq standartlar və milli qanunvericilikdir", - deyə Mörfi əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, missiya insan haqları təşkilatlarının Tbilisiyə təklif etdiyi tövsiyələri də nəzərə alacaq.

Müşahidəçilər missiyasının rəhbəri vurğulayıb ki, DTİHB seçkilərə iki həftə qalmış müvəqqəti müşahidəçi hesabatını dərc edəcək, səsvermənin nəticələrinə dair yekun hesabatın hazırlanması isə iki-üç ay çəkəcək.

Sevinc İBRAHİMZADƏ

Seçilən
109
1
redaktor.az

2Mənbələr