AZ

Arteta “Arsenal” ilə müqaviləsini üç il uzatdı

İspan mütəxəssis 2019-cu ildən London klubunu çalışdırır.

Lent.az bildirir ki, “New York Times“ın məlumatına görə, “Arsenal”ın baş məşqçisi Mikel Arteta klubla müqaviləsini 2027-ci ilə qədər uzadıb. Artetanın klubla əvvəlki müqaviləsi bu mövsümün sonunda başa çatır.

Sentyabrın 15-də “Tottenhem”lə oyundan əvvəl “Arsenal”ın Artetanın müqaviləsinin uzadılmasını elan edəcəyi gözlənilir.

42 yaşlı Arteta “Arsenal”ı 2020-ci ildə İngiltərə kubokunun finalına çıxarıb və iki dəfə İngiltərə Superkubokunu qazanıb. “Topçular” son mövsümlərdə ardıcıl iki dəfə Premyer Liqada ikinci yeri tutub.

“Arsenal” İngiltərə Premyer Liqasının 2024/25 mövsümünün ilk üç turunda yeddi xal toplayıb. Çempionatın başlanğıcını yalnız “Mançester Siti” və “Liverpul” itkisiz başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
medianews.az

1Mənbələr