Yer kürəsində maqnit qasırğası başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Telegram kanalında məlumat yayıb.
Onun intensivliyi G2 kateqoriyasına yəni orta səviyyəyə çatıb. Alimlər geomaqnit sahəsində zəif dalğalanmaları proqnozlaşdırıblar.
Maqnit qasırğasının sentyabrın 13-ü başa çatacağı gözlənilir.
Türkan İSGƏNDƏRLİ