İsrail kəşfiyyatının daha bir yüksək rütbəli komandiri istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” öz mənbələrinə istinadən yazıb.
AMAN hərbi kəşfiyyatının 8200 (elektron kəşfiyyat) elit bölməsinin komandiri Şariel istefası barədə Baş Qərargah rəisi Halevi və AMAN-ın yeni təyin olunmuş rəhbəri Binderə məlumat verib.
Qeyd edilən səbəb Şarielin etiraf etdiyi 7 oktyabr 2023-cü il tarixindəki uğursuzluğa görə şəxsi məsuliyyətdir.
Şariel istefa verən ikinci ən yüksək rütbəli İsrail kəşfiyyat komandiridir. Bundan əvvəl AMAN-ın o vaxtkı rəhbəri Aharon Haliva da eyni səbəbdən istefa vermişdi.
Xuraman Etibarlı
İnterpress.az