Azərbaycan millisinin futbolçusu Sadıq Bağıyev Rusiya klubuna transfer olunub.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Rusiya I Liqa təmsilçisi "SKA-Xabarovsk"a keçib. Yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Futbolçu son olaraq Krosnadarın “Kuban Holdinq” klubunda çıxış edib. O, Rusiya II Liqa klubunun heyətində 22 rəsmi oyuna çıxıb və 3 qola imza atıb.

Qeyd edək ki, Sadıq Bağiyev 2022-ci ildə Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasına cəlb olunub və iki yoldaşlıq oyununda meydana çıxıb.