Türkiyənin "Show" telekanalında yayımlanan "Kızılcık şerbeti" serialının yeni mövsümünündə çəkilən aktyor Fırat Çelik açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, aktyor serial çəkilişindən danışıb: "Hazırda çəkiişlər davam edir. Həyəcanlıyıq. Serialın ilk bölümü sabah axşam yayımlanacaq. Çəkiliş çox gözəl keçir. Çox gözəl bir ailə olduq".
Qeyd edək ki, serialın 67-ci bölümü sentyabrın 13-də 20:00-da izləyicilərə təqdim olunacaq.
Müəllif: Rəqsanə Həsənova