AZ

Bəşəriyyət üçün böyük addım: tarixdə ilk dəfə olaraq amerikalı turistlər açıq kosmosa çıxdı - VİDEO

 
"Evdə hamımızın çoxlu işləri var, amma buradan Yer planeti ideal dünya kimi görünür..."
 
Bu gün, sentyabrın 12-də "Qütb şəfəqi" ("Polaris Dawn") özəl missiyanın üçüncü günündə "Crew Dragon" kosmik gəmisinin dörd ekipaj üzvündən ikisi-Cared Ayzekman və Sara Cillis "Space X" şirkəti tərəfindən işlənib hazırlanan yeni skafandrlarda açıq kosmosa çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "tengrinews.kz" nəşri məlumat yayıb.
 
"Evdə hamımızın çoxlu işləri var, lakin buradan Yer planeti ideal dünya kimi görünür", - bunu kosmik gəmidən çıxan Ayzekman deyib.
 
Bu, tarixdə kosmik turistlərin açıq kosmosa ilk çıxışıdır. Missiyanın başlıca məqsədi gəmidənkənar fəaliyyət üçün ilk özəl skafandrların sınaqdan keçirilməsidir.
 
Daha iki astronavt Skott Potit və Anna Menon sığorta troslarını və hava, qida və rabitə kabellərini izləmək üçün gəminin daxilində qalıb. Onlar da skafandrdadır, çünki bütün kapsul hermetiksizləşdirilib.
 
Uçuşu amerikalı milyardçı Cared Ayzekman "Space X" şirkəti ilə birgə təşkil edib. Missiya sentyabrın 10-da start götürüb. Elə həmin gün "Crew Dragon" kosmik gəmisi 1400, 7 km yüksəkliyə çatıb, bununla da Yerətrafı pilotlu uçuşlar arasında orbitin ən yüksək hündürlük rekordunu qazanıb.
 
Ümumilikdə turistlər orbitdə beş gün olacaq. Onlar kosmos və radiasiyanın insan sağlamlığına təsirinə dair 36 elmi eksperiment keçirəcək.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
moderator.az

1Mənbələr