AZ

25 yaşında milli karyerasını başa vurdu

“Şeffild Yunayted”in müdafiəçisi Anel Axmedhodziç milli karyerasını başa vurub. Matc.az xəbər verir ki, o, 25 yaşında Bosniya və Herseqovinadakı çıxışını yekunlaşdırıb. Futbolçu Bosniya və Herseqovina millisində 2020-ci il oktyabrın 8-də Duşan Bajeviçin rəhbərliyi altında debüt edib. Daha sonra Lixtenşteyn və İslandiya ilə Avropa çempionatının seçmə mərhələ oyunları üçün Meho Kodronun rəhbərliyi altında təlim-məşq toplanışına gəlməkdən imtina etdiyi üçün yerli federasiya Axmedhodziçlə problem yaşayıb. Anel millinin heyətində 24 oyun keçirib, DÇ-2022-nin seçmə mərhələsində 1 qol vurub.

Seçilən
76
matc.az

1Mənbələr