AZ

Avropa milyonlarla azərbaycanlının hüquqlarını niyə qorumurdu? - RƏY

Yazını böyüt
Yazını kiçilt

“Avropa Şurasının Azərbaycana qarşı “Şvabbe iradları” fonunda Ermənistanı müdafiə edən hərəkətləri onun ədalətliliyinə kölgə salır. Xüsusilə, Azərbaycanın ermənilərə qarşı münasibətini yalandan dramatikləşdirib bunun üzərində siyasət qurmaları yolverilməzdir”.

Bunu hafta.az-a siyasi analitik Mütəllim Rəhimov Azərbaycana qarşı xaricdən yönələn Şvabbe qərəzi ilə bağlı bildirib.
O, bu hücumların məhz COP29 konfransı ərəfəsində daha da aktivləşməsini növbəti riyakarlığın nümunəsi adlandırıb:
"Azərbaycan tolerant ölkədir və tolerantlığı ilə qədimdən seçilir. Bunun əvəzində Ermənistan 30 il bizim torpaqları işğalda saxladı, istismar etdi, dinc vətəndaşlarımızi öldürdü. On minlərlə insan məcburi köçkünə çevrildi. Amma bununla bağlı Avropa Şurası Ermənistana qarşi heç bir irad bildirmədi. Ermənistan nümayəndə heyətini səsvermə hüququndan məhrum etmədi. Avropa milyonlarla azərbaycanlının hüquqlarını niyə qorumurdu? Amma indi haqlı işimizə görə, işğala son qoyulduğuna görə bizə irad tutur. Bu yolverilməzdir və Avropa Şurasını Şvabbelərin timsalında gözdən salır”.

M.Rəhimov belə halların Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinin pisləşməsinə xidmət etdiyini qeyd edib:
"Hazırda Avropa Şurasi ilə davam edən gərgin münasibət irəliləməkdədir. Azərbaycan tərəfi bizim nümayəndə heyətinin səsvermə hüququnun bərpasından sonra bu quruma qarşı sanksiyaların aradan qaldırılacağını bəyan edib. Bu isə o deməkdir ki, qarşı tərəf də bizimlə daha sərt ritorikaya üstünlük verəcək. Şvabenin son çıxışı da bunlardan biridir”.

Seçilən
45
hafta.az

1Mənbələr