Andrey Luninlə bağlı şayiələrə son qoyulub.
"Football-plus.az" xəbər verir ki, o, “Real” ilə yeni müqavilə imzalayacaq. 25 yaşlı ukraynalı qapıçının İspaniya klubu ilə hazırki müqaviləsinin müddəti 2025-ci ilin iyun ayında sona çatacaq.
Klub rəhbərliyi onunla müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamağa hazırlaşır.
Lunin Madrid klubunda 2018-ci ildən çıxış edir. “Transfermarkt” portalına əsasən, Andreyin transfer dəyəri 25 milyon avrodu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta