Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinə olan vergi borcları 18,2 % artıb, borcun əsas hissəsi qeyri neft-qaz sektorunun payına düşüb.
Bu barədə Hesablama Palatasının büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.
“Vergi borcunun artımına həm verginin əsas məbləği, həm də maliyyə sanksiyası və faizlər təsir edib. Dövrün sonuna olan borc məbləğinin 33,5 %-nin maliyyə sanksiyası və faizlərdən ibarət olması vergi ödəyicilərinin borc yükünün artması və borcun ödənilməməsi ilə nəticələnə bilər”, – deyə sənəddə qeyd olunub.