"Millinin heyətində yer almamağımın səbəbi viza problemi ilə əlaqədardır. Legioner həyatının belə çətinlikləri də olur. Qısa zaman sənədləri tam həll etməyə çətinlik yaratdı".
Prosport.Az-ın xəbərinə görə, bunu futzal millimizin və Qazaxıstanın "Astana" klubunun qapıçısı Rövşən Hüseynli bildirib.
Futzal millimiz Çexiyanın Zlin şəhərində yerli yığmaya qarşı 19 və 20 sentyabrda 2 yoxlama oyunu keçirəcək. Bu səbəbdən millinin 10-16 sentyabrda Bakıda, 17-21 sentyabrda Zlində təlim-məşq toplanışı keçirilir. Toplanışa çağırılan qapıçılar arasında "Araz-Naxçıvan"ın 2 qolkiperi – Emin Kürdov, Vladislav Reznov və "Baku Fayr"ın əlcək ustası Kamran Hacıyev olsa da, Rövşən Hüseynli yoxdur.
İdmançı bunun səbəbinin Şengen vizası ala bilməməsi ilə əlaqələndirib: "Şükürlər olsun ki, 10 ildər artıq millinin hər bir toplanış və oyunlarında əsas heyət üzvü kimi iştirak etmişəm. İlk dəfədir ki, belə hal yaşanır və inşallah, bundan sonrakı toplanış və oyunlarda heç bir çətinlik yaranmaz, əvvəllər olduğu kimi, heyətdə olub milli komandamızı layiqincə təmsil etmək üçün əlimdən gələni edərəm".
Səbuhi Musa
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta