Google şirkətinin YouTube-da reklam sayının artırılması səyləri yeni mərhələyə yüksəlib. Sözügedən mövzudakı bu dəfəki yenilik YouTube tətbiqinin smart televizorlar üçün nəzərdə tutulmuş versiyasını əhatə edir. Məsələ burasındadır ki, YouTube tətbiqinin smart televizorlar üçün nəzərdə tutulmuş versiyası artıq reklam elanlarını hətta videonun dayandırılmış vəziyyətdə olduğu halda da istifadəçiyə sərgiləyir. Bu yeniliyi əhatə edən screenshot fotolar artıq istifadəçilər tərəfindən təqdim edilib. Screenshot fotolara əsasən bu və ya digər video dayandırıldığı halda o, ekranın sol tərəfinə keçid edir və sağ tərəfdə hansısa məhsulun reklamı sərgilənir. Reklam elanının aşağı hissəsində isə iki ədəd düymə mövcud olur. Reklamın aradan qaldırılması düyməsi və reklamda sərgilənən məhsul barəsində ətraflı məlumatın əldə edilməsi düyməsi. İstifadəçilərin sözlərinə əsasən bu yenilik hələ test mərhələsindədir və yalnız məhdud sayda istifadəçini əhatə edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta