AZ

Təyyarəyə biletsiz minən qadına görə uçuş 4 saat GECİKDİ

Çində təyyarəyə biletsiz minən qadına görə təyyarə dörd saat gecikib.

Publika.az xəbər verir ki, bu barədə "Mothership" məlumat yayıb.

İnsident Malayziyanın Kuala - Lumpur şəhərindən Çinin Xiamen şəhərinə uçan təyyarənin göyərtəsində baş verib. Qadın bütün hava limanının təhlükəsizliyindən yan keçərək biletinin olmamasına baxmayaraq, təyyarəyə minib.

Şahidlərdən biri bildirib ki, sərnişin sadəcə olaraq mərkəzi keçiddə irəli-geri gəzərək digər sərnişinləri narahat edib. Uçuş bələdçisi ondan minik talonunu göstərməsini xahiş etdikdə o, biletinin olmadığını bildirib.

Bundan sonra polis əməkdaşları təyyarəyə minərək qadını təyyarədən endiriblər. Təyyarə şübhəli əşyalar axtaran mütəxəssislər tərəfindən yoxlanılarkən bütün digər sərnişinlər də hava limanına qayıtmalı olublar.

Seçilən
19
39
publika.az

10Mənbələr