AZ

Orta büdcəli Redmi 14R 5G smartfonu təqdim edilib - QİYMƏTİ

     Xiaomi-nin Redmi brendi yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Redmi 14R 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Redmi 14R 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640x720 piksel keyfiyyətli 6.88 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir.     Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 13 MP-lik əsas arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Redmi 14R 5G 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 14R 5G artıq Çində satışa çıxıb. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir. Smartfonun Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimidir.- 4 GB RAM + 128 GB yaddaş - 154$- 6 GB RAM + 128 GB yaddaş - 210$- 8 GB RAM + 128 GB yaddaş - 238$- 8 GB RAM + 256 GB yaddaş - 266$. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
technote.az

1Mənbələr