AZ

Naxçıvanda bir sıra tibb mərkəzləri “Tibb Müəssisələrinin İdarəetmə Birliyi”nin tabeliyinə verilib

Bakı. Trend:

Muxtar respublika səhiyyəsində aparılan islahatların davamıolaraq, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrininİdarəetmə Birliyi” publik hüquqi şəxsinin fəaliyyətinintəkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Trend xəbər verir ki, dövlətsəhiyyə sisteminə daxil olan tibb müəssislərinin TMİB-in tabeliyinəverilməsi prosesi davam edir.

“Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri”,“Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi”, “ƏzizƏliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi UşaqXəstəxanası”, “Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi” və“Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqişəxslərinin “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrininİdarəetmə Birliyi” publik hüquqi şəxsinin tabeliyinə keçirilməsiüzrə təhvil-təslim prosesləri yekunlaşdırılıb.

Proseslərin davamı olaraq, “Naxçıvan Muxtar RespublikaXəstəxanası”, “Culfa Regional Tibb Mərkəzi”, “Şərur Regional TibbMərkəzi”, “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” və “Babək RayonMərkəzi Xəstəxanası” publik hüquqi şəxsləri Naxçıvan MuxtarRespublikası Səhiyyə Nazirliyi tərəfindən “Tibb Müəssisələrininİdarəetmə Birliyi” publik hüquqi şəxsinə təhvil verilib.

Seçilən
59
12
az.trend.az

10Mənbələr