AZ

Qırğızıstan öz helikopterlərinin istehsalına BAŞLADI

Qırğızıstan öz helikopterlərinin istehsalına başlayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Kabar” məlumat yayıb.

Qırğızıstanda “Şumkar” transmilli korporasiyasının bazasında hazırlanmış ilk ultra yüngül ikiyerlik helikopterlərin yığılmasına başlanılıb.

Prezident administrasiyasının mətbuat xidmətinin rəhbəri Orunbekovun sözlərinə görə, helikopterlər 70 litrlik yanacaq çəni ilə təchiz edilib. Bu da onlara maksimum uçuş müddəti 3 saat olmaqla 600 kilometrə qədər məsafə qət etməyə imkan verir.

Hazırda 5 belə helikopter yığılıb. Belə bir cihazın qiyməti 60 000 dollardan artıqdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
99
interpress.az

1Mənbələr