"Beşiktaş" "Al Nassr"la yollarını ayırmağa hazırlaşan Sadio Mane ilə anlaşma mərhələsinə çatıb.
Mia.az xəbər verir ki, Mane karyerasını Avropada davam etdirmək istədiyini bildirib və Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edib. "Beşiktaş"ın 2 illik müqavilə təklifini qəbul edən Manenin transferi baş məşqçi Giovanni van Bronckhorstun razılığına bağlıdır. Mane qərarı ilə bağlı “Al Nassr” rəhbərliyinə məlumat verib.
Fərid
MİA.AZ