AZ

"Qalatasaray"ın futbolçusu zədə səbəbindən 3 həftə futboldan uzaq qalacaq

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Hakim Ziyeş zədələndiyi üçün 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Mərakeş millisinin heyətində sıradan çıxıb.

31 yaşlı yarımmüdafiəçinin baldır əzələsindən zədə aşkarlanıb.

Qeyd edək ki, "sarı-qırmızılar" Superliqanın 5-ci turu çərçivəsində sentyabrın 14-də “Çaykur Rizəspor”la qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
far.az

3Mənbələr