AZ

Məşqçi və rəhbər şəxs arasındakı qalmaqala "Kəpəz"dən REAKSİYA

Premyer Liqada yeni mövsümə uğursuz başlayan "Kəpəz"də yaşanmış növbəti xoşagəlməz hadisə barədə məlumat vermişdik.

Söhbət İyulda klubun icraçı direktoru təyin olunan Cabir İbrahimovla məşqçi Rakif Əliyevlə arasındakı toqquşmadan gedir.

Yenicə görəvə gəlmiş Azər Bağırovun köməkçisi təbii ehtiyacını ödəmək üçün sanitar qovşağına üz tutub.

Bu zaman İbrahimov onu görüb və çölə çıxmasını gözləyib, daha sonra ona "bura rəhbərliyin tualetidir, ora girə bilməzsən" deyib.

Bağırovun yardımçısı bazada yeni olduğunu, ətrafı yaxşı tanımadığını söyləyib

Lakin icraçı direktorun əsəsini qaldırması ilə söhbət mübahisəyə çevrilib. Ətrafdakı şəxslərin müdaxiləsi ilə onları sakitləşdirmək mümkün olub.

Yaşanan hadisə ilə bağlı klubun mətbuata katibi Azad Mustafayev Sportinfo.az-a açıqlama verib:

"Klubumuzun icraçı direktoru ilə əsas komandanın məşqçisi arasında sanitar qovşaqda problem yaşanması ilə bağlı yazılanlar heç bir halda həqiqəti əks etdirmir. Hər iki tərəf demək olar ki, işi ilə bağlı bir-birilərini nadir hallarda görən simalardır. Bundan əlavə məşqçilərin oturduqları otaqlarda sanitar qovşaqlar var ki, oradan da istifadə edirlər. Klubumuzun rəsmiləri bütün hallarda həmişə əməkdaşlarla xoş münasibət saxlayırlar. Xüsusən də icraçı direktorumuz daim bu cür səmimi rəftarı ilə seçilir. Bu cür əsassız məlumatlar redaksiyaya daxil olanda xahiş olunur ki, klubla əlaqə saxlayıb xəbəri dəqiqləşdirəsiz".

Hadisənin iştirakçısı olmuş Rakif Əliyev isə bunları dedi: "Yazılanları oxuyanda çox təəccübləndim, çünki elə bir şey baş verməyib. Bura gəldiyimiz ilk gündən olduqca xoş münasibət görmüşük. İşlərimiz də şükür qaydasındadır. Hamı diqqət göstərir, kömək etməyə çalışır. Bu tipli xəbərlər bizim işimizə kölgə sala bilməz".

SPORTİNFO.AZ

Seçilən
142
sportinfo.az

1Mənbələr