AZ

Kriştiano Ronaldodan Erik ten Haqa sərt tənqid: "O, bunu deyə bilməz"

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqla bağlı açıqlama verib. 
 
Lent.az xarici mediaya istinadən bildirir ki, Ronaldo deyib: "Mançester Yunayted”in baş məşqçisi Premyer Liqa və ya Çempionlar Liqasını qazanmaq üçün mübarizə apara bilməyəcəklərini deyə bilməz”.
 
"Mançester Yunayted"in köklü dəyişikliyə ehtiyacı olduğunu bildirən Ronaldo vurğulayıb: "Məncə, hər şeyi yenidən qurmalıdırlar. Məşqçi deyir ki, Liqa və Çempionlar Liqasını qazanmaq üçün mübarizə apara bilməyəcəklər".
 
Ten Haqın zehniyyətini tənqid edən dünya ulduzu deyib: "Mançester Yunayted”in baş məşqçisi Premyer Liqa və ya Çempionlar Liqasını qazanmaq üçün mübarizə apara bilməyəcəklərini deyə bilməz. Mental olaraq “bizdə o potensial yoxdur bəlkə də, amma deyə bilmərəm” deməlisən. Bu. Çalışacağıq. Sən cəhd etməlisən”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
moderator.az

2Mənbələr