Oktyabrın 1-dək NATO-nun Baş katibi kimi işini başa vuracaq Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.